AB-dən ilk tələb: İrəvan qərar verməlidir!

AB-dən ilk tələb: İrəvan qərar verməlidir!

Göz yuma bilmərik ki, Ermənistan Rusiya və Belarusla Gömrük İttifaqındadır, İrəvan KTMT-nin – Rusiya ilə birlikdə müdafiə təşkilatının üzvüdür. Bu faktları nəzərdən qaçıra bilmərik. Ona görə də Ermənistan, erməni xalqı, hökuməti hansı səviyyədə AB ilə əməkdaşlıq etmək istədiyinə qərar verməlidir.

AzerTimes xəbər verir ki, bunu Avropa Parlamentinin ermənipərəst deputatı Marina Kalyurand deyib.

O bildirib ki, AB ilə Ermənistan arasında Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişi var və onun çərçivəsində “güclü” öhdəliklər mövcuddur:

“Bizim daha sıx əməkdaşlıq üçün çox yaxşı sənədimiz var, ona görə də mən burada heç bir maneə görmürəm, Ermənistanın AB ilə əməkdaşlıqda nə qədər irəli getməyə hazır olması vacibdir. Ümid edirəm ki, erməni xalqı da Gürcüstan kimi qərar verəcək və bu məsələdə hökumətə təzyiq göstərəcək”.

O qeyd edib ki, bu gün Ermənistanın və Qarabağ ermənilərinin təhlükəsizlik zəmanəti Rusiyadır: AB isə ona görə alternativ mexanizmlər təklif etmir ki, heç bir ittifaq fərqli müdafiə blokunda olan bir ölkəyə müdafiə zəmanəti verə bilməz:

“Ukrayna və Gürcüstanın qaldırdığı sualı siz də qaldırırsınız. Bu sualın cavabı həm siyasi qərarlarda, həm də ölkənizin politoloji qərarlarındadır. Vəziyyətin ağır olduğu aydındır. Onu da başa düşürəm ki, indiki şəraitdə ermənilər Rusiyaya və onların sülhməramlılarına güvənirlər. Ancaq bu gün həqiqət saatı gəldi. Rusiya sülhməramlıları uğursuzluğa düçar oldu, hətta deyərdim ki, müharibə başlayanda, sizin Baş naziriniz kömək istəyəndə və almayanda Rusiya dövləti uğursuzluğa düçar oldu. Atəşkəsə nail olmuş Rusiyanın da töhfəsini etiraf etməliyəm. Çox istərdim ki, bu, AB olsun, amma Rusiya bunu etdi. Lakin sonra baş verənlər Rusiya təhlükəsizlik qüvvələrinin, zəmanətlərinin və sülhməramlılarının uğursuzluğudur. Buna görə də biz Avropa Parlamentində beynəlxalq sülhməramlı missiyanın iştirakına çağırırıq, beynəlxalq ekspertlərə vəziyyəti yerində qiymətləndirməyə və nəticə çıxarmağa icazə verilməsini xahiş edirik”.

Teqlər: