AB-dən ilk: İsrail nazirinə sanksiya tətbiq edilsin!

AB-dən ilk: İsrail nazirinə sanksiya tətbiq edilsin!

İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sanksiya tətbiq edilməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri Avropa Birliyi (AB) diplomatik xidmətinin rəhbəri Jozep Borrell deyib.

“Bütün dünyanın Qəzzada atəşkəsə nail olmağa çalışdığı vaxtda Ben-Qvir mülki əhaliyə suyun və enerjinin kəsilməsinə çağırış edir. Bu çağırış hərbi cinayətdir. Sanksiyalar AB-nin gündəliyində olmalıdır”, – deyə o bildirib.

Qeyd edilir ki, bu, AB institutunun nümayəndəsinin İsrail rəhbərliyinə qarşı ilk sanksiya çağırışıdır.

Teqlər: