Avropa Birliyi (AB) HƏMAS-a qarşı sanksiya paketi hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, yeni paketə görə, HƏMAS-ın maliyyələşdirilməsi ilə əlaqəsi olan 6 şəxsə qarşı sanksiyalar tətbiq olunacaq.
Digər bir məlumata görə, sanksiya paketinə daxil edilən 4 nəfərin adları da bəlli olub. Onlar – Əbdül Basit Həmzə əl-Həsən Məhəmməd Xeyr, Nabil Şoman, Rida Əli Xamis və Musa Dudin Əhməd əl-Duveikdir.