AB-dən Haniyənin qətli ilə bağlı açıqlama…

AB-dən Haniyənin qətli ilə bağlı açıqlama…

Avropa Birliyi (AB) hesab edir ki, Yaxın Şərqdə eskalasiyanın heç kimə faydası yoxdur.

AzerTimes xəbər verir ki, bunu AB-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini şərh edərkən deyib.

“AB prinsipial mövqe tutaraq eləcə də beynəlxalq cinayət məhkəməsi sahəsində qanunun aliliyini dəstəkləyir”, – o bildirib.

Teqlər: