AB-dən bu ölkələrə çağırış: Dialoqu davam etdirin!

AB-dən bu ölkələrə çağırış: Dialoqu davam etdirin!

Avropa Birliyi Serbiya ilə Kosovanı münasibətləri normallaşdırmaq istiqamətində lazımi addımları atmağa və dialoqu davam etdirməyə çağırıb.

AzerTimes xəbər verir ki, AB-nin Ümumi Məsələlər Şurası Avropa Komissiyası və Avropa Şurasına iki ölkə arasında dialoq çərçivəsində normallaşma prosesini inkişaf etdirməyi tapşırıb.

Bundan əlavə, Serbiya və Kosova arasında münasibətlərin normallaşdırılması haqqında sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və AB-yə üzvlük danışıqlarının meyarlarına düzəlişlər edilməsi ilə bağlı təkliflərin 2024-cü ilin yanvar ayının sonuna qədər şuraya göndərilməsi vurğulanıb.

Teqlər: