AB-dən Bakı və İrəvana müraciət

AB-dən Bakı və İrəvana müraciət

Avropa Birliyi (AB) Ermənistan və Azərbaycanı Laçın dəhlizi və təmas xətti ətrafında son hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında bildirilib.

Qeyd edilir ki, əsas məqam gərginliyin azaldılması, atəşkəs rejiminə tam əməl olunması və danışıqlar masasına qayıtmaqdır. AB gərginliyin aradan qaldırılmasına sadiqdir.

“Avropa Birliyi Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər ərazilərində gedən hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Təəssüf ki, bu toqquşmalar artıq insan tələfatı və xəsarətlərlə nəticələnib.

Deeskalasiyaya nail olmaq, atəşkəsə tam hörmət etmək və razılaşdırılmış həll yollarını tapmaq üçün danışıqlar masasına qayıtmaq olduqca vacibdir.

Avropa Birliyi gərginliyin həllinə kömək etməkdə və Cənubi Qafqazda davamlı sülh və sabitliyə töhfə verməkdə davam etməkdə sadiqdir”, – bəyanatda vurğulanır.

Teqlər: