AB ölkələri Brüsselin son iki il ərzində əməl etməyə çalışdığı “Ukrayna və xalqına nə qədər vaxt lazımdırsa” dəstək şüarının həyat qabiliyyətinə getdikcə şübhə ilə yanaşır.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
Bildirilib ki, münaqişə Avropa liderləri üçün prioritet olmaqdan çıxıb:
“AB-nin yüksək rütbəli rəsmiləri və diplomatları ictimaiyyətin qarşısında deyirlər ki, Ukraynanı dəstəkləməkdə davam edirlər. Lakin onların çoxu şəxsi olaraq etiraf edir ki, blok liderlərinin əksəriyyətinin gündəlik həyatında müharibə artıq əsas prioritet deyil.
2024-cü ilin iyun ayına təyin edilmiş Avropa Parlamentinə seçkilər yaxınlaşdıqca, Avropa liderləri Ukraynaya üstünlük verməkdən ehtiyatlanır və diqqəti vətəndaşların gündəlik qayğılarına yönəltməyə çalışırlar”.