AB də Qarabağdakı qondarma “seçkilər”i tanımadı

AB də Qarabağdakı qondarma “seçkilər”i tanımadı

Avropa Birliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i tanımır.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

“Avropa Birliyi bir daha bəyan edir ki, Qarabağdakı seçkilərin həyata keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımır”, – bəyanatda qeyd olunub.

Teqlər: