Avropa Birliyinin energetika nazirləri Rusiyanın kəmərlə ixrac olunan təbii qazının qiymətinə limitin qoyulması ilə bağlı razılıq əldə edə bilməyiblər.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Kadri Simson çıxış edib.
O qeyd edib ki, Avropa Komissiyasına mavi yanacağın bütün növlərinə, o cümlədən mayeləşdirilmiş təbii qaza məhdudiyyətlərin tətbiqi imkanlarının öyrənilməsi tapşırılıb.