AB-də gender qalmaqalı: Leyen bu ölkələrə təzyiq edir

AB-də gender qalmaqalı: Leyen bu ölkələrə təzyiq edir

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəzi AB ölkələrinin hakimiyyət orqanlarına təzyiqləri artırır ki, Avropa komissarları postlarına kişi namizədləri qadınlarla əvəz etsinlər və icma rəhbərliyində vəd edilmiş gender balansını qorusunlar.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” AB diplomatlarına istinadla məlumat yayıb.

Onların fikrincə, AK rəhbəri bu qurumda kişi hökmranlığı ilə bağlı biabırçılıqdan qaçmağa çalışır:

“Bunun üçün o, artıq kişiləri namizəd kimi irəli sürmüş Sloveniya və Malta da daxil olmaqla azı beş kiçik AB ölkəsinə təzyiq göstərir. Xüsusilə, Leyen Maltanı hazırkı namizəd Qlenn Mikallefdən imtina etməyə və bunun əvəzinə ölkənin Avropa komissarı Yelena Dallinin mandatının uzadılmasını təklif etməyə çalışır”.

Teqlər: