Avropa Birliyinin Xarici Əlaqələr Şurası Ermənistan və Azərbaycan ətrafında vəziyyəti müzakirə edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Şura Ukraynadakı vəziyyəti müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələrə dair fikir mübadiləsi aparacaq.
Daha sonra nazirlər İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar.
Qeyd edək ki, Xarici Əlaqələr Şurasının iclası oktyabrın 23-də Lüksemburqda Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrellin sədrliyi ilə keçiriləcək.