AB islahatlar və miqrasiya ilə mübarizə səyləri çərçivəsində 2027-ci ilə qədər Livana 1 milyard avro yardım ayırır.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
O bildirib ki, bu proqram təhsil, bank sektoru, silahlı qüvvələr və təhlükəsizlik qüvvələri sahəsində islahatlar, ən əsası isə miqrasiya ilə mübarizə üçün nəzərdə tutulub:
“Biz ölkənin silahlı qüvvələrinə və daxili təhlükəsizlik qüvvələrinə dəstək verəcəyik. Livanın qaçqınlar üçün Avropaya qanuni marşrutları dəstəkləmək və Avropaya qanunsuz miqrasiya, eləcə də insan qaçaqmalçıları ilə mübarizə aparması üçün AB-nin sərhəd mühafizəsi xidməti “Frontex” ilə əlaqələr saxlaması çox vacibdir”.