AB bu ölkənin diplomatını qovdu

AB bu ölkənin diplomatını qovdu

Avropa Birliyi Nikaraqua diplomatik missiyasının rəhbərini persona non-qrata edib.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının bəyanatında bildirilib.

Bildirilib ki, ötən ayın sonu AB-nin Nikaraquadakı nümayəndəliyinin rəhbərinin sözügedən ölkədən qovulmasına cavab olaraq bu addım atılıb.

Qeyd edək ki, avropalı diplomatın ölkədən qovulmasına səbəb kimi AB nümayəndə heyətinin BMT Baş Assambleyasında Nikaraqua hakimiyyətindən siyasi məhbusları azad etməyi tələb etməsi göstərilir.

Teqlər: