AB bu ölkələrə xəbərdarlıq etdi

AB bu ölkələrə xəbərdarlıq etdi

Avropa Komissiyası Macarıstan, Polşa və Slovakiya hökumətlərini birtərəfli qaydada Ukrayna taxılının idxalına qadağa qoymağa davam edəcəklərini elan etdikdən sonra onları konstruktiv olmağa çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Biz bəzi dövlətlərin birtərəfli tədbirlərlə bağlı bəyanatlarından xəbərdarıq. İndi bütün ölkələrin kompromis ruhunda işləməsi və konstruktiv fəaliyyət göstərməsi vacibdir. Məqsədimiz yeni sistemi tətbiq etmək və işləməkdir. Sabah AB-nin bütün maraqlı ölkələrinin nümayəndələri ilə keçiriləcək görüş bu məsələni müzakirə etmək imkanı verəcək”, – deyə bildirilib.

Nəşr xatırladıb ki, müharibə Ukraynanın Qara dəniz limanları vasitəsilə dünya bazarlarına kənd təsərrüfatı məhsullarını çatdırmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bununla əlaqədar olaraq, ukraynalı fermerlər qonşu ölkələr vasitəsilə taxıl ixrac etməyə başlayıblar.

Teqlər: