Avropa Birliyi Şurası Rusiyanın Ukraynaya təcavüzündə Minskin iştirakına cavab olaraq Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat yayılıb.
“Yeni sanksiyalar Belarusa ölkənin hərbi-texniki inkişafına töhfə verən bir sıra həssas mal və texnologiyaların ixracına qadağa qoyulmasını nəzərdə tutur. Odlu silah və döyüş sursatı, aviasiya və kosmik sənayedə istifadəyə yararlı mal və texnologiyaların ixracına əlavə qadağa da tətbiq edilir”, – məlumatda deyilir.