AB aviaşirkətləri əlavə ödənişə məcbur edir

AB aviaşirkətləri əlavə ödənişə məcbur edir

Avropa Birliyi karbon emissiyalarına görə daşıyıcıların ödənişini artıracaq.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilib ki, qanun emissiyaların azaldılmasını stimullaşdırmaq üçün 2026-cı ilə qədər aviaşirkətlərə pulsuz karbon kovtalarının verilməsinin mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tutur. Hazırda AB hava məkanında fəaliyyət göstərən aviadaşıyıcılardan Avropa karbon bazarından bu cür güzəştlər alması tələb olunur, lakin onların əksəriyyəti pulsuz təmin edilir.

Ekoloji təmiz aviasiya yanacağından istifadə edən daşıyıcılara məhdud sayda pulsuz güzəştlər davam edəcək. Belə yanacaqlar kerosin kimi yanacaqlardan xeyli bahadır, buna görə də qiymət fərqi kompensasiya olunacaq.

Qanun yalnız ölkədaxili uçuşlara şamil ediləcək, lakin 2026-cı ildən sonra AB hüdudlarından kənara uçan reyslər üçün əlavə emissiya haqqının tətbiqi təklif oluna bilər.

Teqlər: