AB ABŞ olmadan özünü müdafiə edə bilməz – NATO

AB ABŞ olmadan özünü müdafiə edə bilməz – NATO

AB-nin alyans çərçivəsindən kənarda öz müdafiəsini inkişaf etdirməsi çox təhlükəlidir, çünki Avropa ABŞ-ın iştirakı olmadan özünü müdafiə edə bilməz.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Transatlantik əlaqələri pozmamaq şərti ilə AB ölkələrinin öz müdafiələrini inkişaf etdirməsini dəstəkləyirəm. NATO-nun funksiyalarının təkrarlanması çərçivəsində baş verən hər şey Avropanın müdafiəsini zəiflədəcək. Çünki indi Avropanın müdafiəsi təkcə AB ölkələri deyil, həm də Avropadan kənar tərəfdaşlar, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və başqaları tərəfindən təmin edilir”, – Stoltenberq bildirib.

Teqlər: