Avropa Birliyi (AB) 2024-cü ilin yazına qədər 40 min ukraynalı hərbçi hazırlamağı planlaşdırırıq.
AzerTimes xəbər verir ki, bunu Avropa Birliyinin Hərbi Komitəsinin rəhbəri, general Robert Briger deyib.
“Biz artıq 34 min Ukrayna hərbçisinə təlim keçmişik. 2024-cü ilin yazına qədər isə 40 min əsgər hazırlamağı planlaşdırırıq. Avropa lazım olduğu qədər, o cümlədən döyüş sursatları və təlim tədbirləri ilə Ukraynaya dəstəyini davam etdirməlidir. Bu günə qədər biz Ukraynaya 27 milyard dollar hərbi yardım etmişik”, – Briger bildirib.