AB yaxın iki ay ərzində Rusiyaya qarşı növbəti, 11-ci sanksiyalar paketini tətbiq edə bilər.
AzerTimes xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.
Nazir Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin vacibliyini qeyd edib:
“Polşa da öz növbəsində Rusiyanın istifadə etdiyi sanksiyalardakı boşluqları Avropa Komissiyasına göstərməyə çalışır. Eyni zamanda düşmənə (Rusiya – Red) qarşı yeni məhdudiyyətlər tətbiq edən ölkələr sırasında yerini tutur”.