Xəbər - Samir Əli – Trend:
Bu gün Azərbaycanda avtomobil yolları işçilərinin peşə bayramı qeyd edilir.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində bununla bağlı hesabat-toplantı keçirilir.
Qeyd edək ki, agentliyin balansında ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollara işğaldan azad edilmiş ərazilərdə 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də daxildir. Bununla yanaşı, cəmiyyətin balansında 1316 ədəd körpü var.
Toplantıdan birbaşa yayımı təqdim edirik.