AAYDA-dan Prezidentin Qarabağ səfəri barədə məlumat

AAYDA-dan Prezidentin Qarabağ səfəri barədə məlumat

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin mayın 5-dən 12-dək müddətdə respublika ərazisində avtomobil yollarının açılışı və bərpası sahəsində görülən tədbirlər barədə məlumat yayılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a bildirilib ki, sözügedən müddət ərzində Prezident İlham Əliyev Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun bir hissəsinin və Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib.

Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 66,3-81,7 kilometrlik hissəsi istifadəyə verilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib və yollarda yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılmasına başlanılıb.

Teqlər: