Niftiyev Yalçın Sakit oğlu A-Qroup sığorta ASC-nın Direktorlar
Şurasının qərarı ilə şirkətin İdarə heyəti sədr müavini, Baş tibb
inzibatçısı vəzifəsinə təyin edilib.
Bu barədə AzerTimes-a şirkətdən məlumat verilib.
Qeyd edək ki, Y.S.Niftiyev 2012-2021-ci illərdən bu sığorta
şirkətinin Tibbi sığorta departamentinin rəhbəri kimi çalışırdı. 11
iyun 2021-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankın
tərəfindən keçirilən Sığortaçıların rəhbər işçisi vəzifəsinə
təyinatı üçün tələb olunan attestasiyadan uğurla keçdiyindən sonra
İdarə heyətinin üzvü vəzifəsinə yüksəlib.
A-Qroup sığorta şirkəti Niftiyev Yalçına yeni vəzifəsində və
peşəkar fəaliyyətində uğurlar arzu edir!