“A-Qroup” sığorta şirkəti icbari sığorta növləri üzrə lisenziya alıb

“A-Group” sığorta şirkəti 3 icbari sığorta növü üzrə xidmət göstərmək hüququ aldı: İcbari avtomobil sığortası, daşınmaz əmlak sığortası və daşınmaz əmlakın istismarında mülki məsuliyyət sığortası.

Bu lisenziya “A-Qroup” şirkətinin özəl və korporativ müştəriləri üçün sığorta xidmətlərinin çeşidini genişləndirdi. “A-Qroup” sığorta şirkətinin idarə heyətinin sədri Abas Misgərlinin qeyd etdiyi kimi, artıq müştərilərlə tam yüksək keyfiyyətli iş üçün son testlər başa çatmaq üzrədir. Şirkət yaxın günlərdə icbari avtomobil sığortası paketlərinin satışına başlayacaq.


“A-Qroup” sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. “A-Qroup” sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.

Teqlər: