İstanbula uçan təyyarə təcili eniş etdi

İstanbula uçan təyyarə təcili eniş etdi

Mayamidən İstanbula uçan Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi sərnişin ölümü səbəbindən Buxarest aeroportunda təcili eniş edib.

AzerTimes xəbər verir ki, bu barədə “Digi 24” portalı məlumat yayıb.

Məlumata görə, sərnişinin halı pisləşib, həkim briqadasının müdaxiləsinə baxmayaraq, o keçinib.

Təyyarənin göyərtəsində 234 sərnişin olub.

Teqlər: