Şəkidə mikroavtobus yük maşını ilə toqquşdu: yaralılar var

Şəkidə mikroavtobus yük maşını ilə toqquşdu: yaralılar var

Şəkidə mikroavtobus qəzaya düşüb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı marşrut xətti ilə hərəkət edən “Ford” markalı mikroavtobusla “Mersedes” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: