Ələt-Astara magistralında yük maşını yandı: yol bağlandı

Ələt-Astara magistralında yük maşını yandı: yol bağlandı

Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində yük avtomobili yanıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, yanğın magistralın 84-cü km-də qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Anar Hüseynovun idarə etdiyi “QAZel markalı yük avtomobili qəflətən alışıb. Yanğın hadisə yerinə cəlb olunan Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və iki texnikası tərəfindən söndürülüb.

Yanğın nəticəsində yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: