Çində sərnişin qatarı qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, Çinin Quizhou əyalətinin Guiyang şəhərindən səfərə başlayan sərnişin qatarı relsdən çıxıb.
Hadisə zamanı maşinist həyatını itirib, 8 nəfər isə yaralanıb. Qatarda olan digər 136 sərnişin isə təhlükəsiz şəkildə təxliyə edilib.
Qəzanın dağlardan gələn palçığın relslərə dolması nəticəsində baş verdiyi açıqlanıb.