Tehranda bir sıra qurumlar fəaliyyət göstərməyəcək

Xəbər - Elnur Bağışov – Trend:

Sabah (25 may) İranın Tehran vilayətində hava çirkliliyi
səbəbindən idarələr, məktəblər və universitetlərin fəaliyyəti
dayandırılacaq.

AzerTimes-ın məlumatına görə, bunu İranın Tehran valisi Möhsün
Mənsuri deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Tehran Hava Çirkliliyi ilə
əlaqədar Fövqəladə Komitənin iclasında qərar verilib.

Mənsuri əlavə edib ki, açıq məkanlarda idman tədbirləri də
qadağan edilib.

Tehran valisi sadəcə bankların fəaliyyət göstərməsinə icazənin
verildiyini bildirib.

Qeyd edək ki, hazırda Tehranda havanın çirklilik indeksi 500-dən
çoxdur. Havanın çirklilik indeksi 50-dən aşağı olarsa, təmiz hava
hesab edilir.