Sabah güclü külək əsəcək, arabir yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı
ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Bakıda
gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi
normadan aşağı 749 mm civə sütunundan 759 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir
yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu
düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti,
dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.

Teqlər: