Almaniyada koronavirusa yolxuma nisbəti yenidən rekord səviyyəyə çatıb

Almaniyada son 7 gündə koronavirusa yoluxma nisbəti yenidən rekord səviyyəyə çatıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinə tabeli Robert Koch İnfeksion Xəstəliklər İnstitutunun bazar ertəsi açıqladığı məlumata görə, hər 100 min insan arasında yoluxma səviyyəsi 1 176 təşkil edib.

Son sutka ərzində Almaniyada 78 318 yoluxma halı qeydə alınıb, bu da bir həftə əvvəlki göstəricidən təxminən 15 min yoluxma halı çoxdur.


Koronavirusun “Omicron” ştammı səbəbindən yüksək xəstələnmə göstəricilərinə baxmayaraq, ölkədə peyvənd kampaniyası templəri zəifləyib. Bununlada kansler Olaf Scholzun ​​yanvarın sonuna qədər əhalinin 80 faizini ən azı birinci doza ilə peyvənd olunması ilə bağlı hədəfə çatmaq alınmadı.

Rəsmi məlumatlara görə, bazar günü Almaniya əhalisinin 75,8 faizi ən azı bir doza peyvənd alıb.