Ottavanın mərkəzində atışma olub

Kanadanın paytaxtı Ottava şəhərinin mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb.

AzerTimes-ın “CTV” telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları odlu silahdan yaralanan şəxsi aşkar ediblər.

Yaralı şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Atışma nəticəsində başqa yaralanan olmayıb.

İnsidentlə əlaqədar araşdırma aparılır. Digər təfərrüatlar barədə məlumat verilmir.