ABŞ-da helikopterlə təyyarə toqquşub, ölənlər var

ABŞ-ın Arizona ştatında iki nəfər helikopterlə təyyarənin toqquşması nəticəsində ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABC 15 nəşri xəbər verib.

Məlumata əsasən, hava gəmiləri ABŞ-ın Çendler hava limanının yaxınlığında toqquşub.


Toqquşmadan sonra helikopter qəzaya uğradı, göyərtədəki iki sərnişin ölüb. Eyni zamanda təyyarə təhlükəsiz şəkildə uçuş -enmə zolağına enib.