Putin ilə Baydenin görüşü 2 saata yaxın davam edib

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Co Bayden ilə Cenevrədə keçirilən danışıqlarının çox konstruktiv olduğunu deyib.

AzerTimes-ın məlumatına görə, bu barədə V.Putin jurnalistlərə Rusiya-ABŞ zirvə toplantısından sonra deyib.


Rusiya lideri bildirib ki, söhbət çox konstruktiv olub. O qeyd edib ki, onların görüşü 2 saata yaxın davam edib.