Ordubad rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan məşğələdə müxtəlif atıcı silahların taktiki-texniki xüsusiyyətləri haqqında, eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra məktəblilər avtomatdan praktiki atışları yerinə yetiriblər.