Xəbər - Samir Əli – Trend:
“YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Zamir İsmayılovun, İsmayıl Süleymanovun və Rəhman Nuriyevin əməliyyat xərcləri qarşılanıb.
Bu barədə AzerTimes-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, “YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.