“Nokia”nın məşhur 3310 modelinin yenilənmiş versiyası may ayında satışa çıxarılacaq.
Böyük Britaniyada yeni modelin qiyməti 49 avro olacaq.
Yeni “Nokia 3310”-un 2 meqapiksel ölçülü kamerası və enerji doldurulmadan 3 həftə işləyə biləcək akkumulyatoru olacaq. Telefonun paneli qırmızı, sarı, qara və boz rənglərdə olacaq.
Artıq bu modelə 3 mindən çox sifariş qəbul olunub.