Bu gün gecə saatlarında metronun “Nizami” stansiyasında bədbəxt hadisə baş verib.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən Şəxsiyyəti hələlik məlum olmayan təxminən 30-35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılıb.
Məlumata görə, həmim şəxsin platformadakı təhlükəsizlik xəttini keçdiyi ehtimal edilir.
Onun vəziyyətinin ağır olduğu bildirilir. 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov bildirib ki, qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.
O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.
Şəxsin Bakı şəhər Yasamal rayon Ə.Quliyev küçəsində qeydiyyatda olan 1985-ci il təvəllüdlü İmanov Fərid İdris oğlu olduğu müəyyən edilib.