![Azərbaycanda doğulan erməni nazir axtarışa verdi Azərbaycanda doğulan erməni nazir axtarışa verdi](https://azertimes.az/wp-content/uploads/azerbaycanda-dogulan-ermeni-nazir-axtarisa-verdi-300x177.jpg)
![](https://azertimes.az/wp-content/uploads/azerbaycanda-dogulan-ermeni-nazir-axtarisa-verdi.jpg)
Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakovun axtarışı elan olunub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, elanda onun 2 yanvar 1964-cü ildə Bakıda anadan olduğu və milliyyəti haqqında məlumatlar var.
Onun Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.
Xatırladaq ki, Avakov 7 il (2014-2021) Ukrayna Daxili İşlər Nazirliyinə rəhbərlik edib.