![Makron Fransada səfərdə olan Szinpinə “təzyiq”ə hazırlaşır Makron Fransada səfərdə olan Szinpinə “təzyiq”ə hazırlaşır](https://azertimes.az/wp-content/uploads/makron-fransada-seferde-olan-szinpine-tezyiqe-hazirlasir-300x187.jpg)
![](https://azertimes.az/wp-content/uploads/makron-fransada-seferde-olan-szinpine-tezyiqe-hazirlasir.jpg)
Çin lideri Si Szinpinin Fransaya səfəri Qərb diplomatlarını son iki ildə narahat edən sualı bir daha aktuallaşdıracaq: Çini Rusiyaya əlavə yardımdan çəkindirmək mümkündürmü?
AzerTimes xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Məlumata görə, Makron ilə Szinpin arasında 6 və 7 mayda keçiriləcək danışıqlar Çin iqtisadiyyatının Rusiya silah sənayesinə dəstəyinə həsr olunacaq:
“Makron Rusiyanın hərbi səylərində bilavasitə iştirak edə və ya əhəmiyyətli töhfə verə biləcək bəzi Çin şirkətlərinin fəaliyyətindən narahatlığını ifadə edəcək”.
Qeyd edək ki, Szinpin ötən gün Fransaya səfər edib.