![Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi](https://azertimes.az/wp-content/uploads/pasinyan-blinkenle-delimitasiyani-muzakire-etdi-300x179.jpg)
![](https://azertimes.az/wp-content/uploads/pasinyan-blinkenle-delimitasiyani-muzakire-etdi.jpg)
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan deyib.
O bildirib ki, söhbət zamanı tərəflər Tavuş vilayətində delimitasiya və Azərbaycanla danışıqları müzakirə ediblər.
Rəsmilər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib.