![AzTV-də bir sıra nöqsan hələ də var – Sədr AzTV-də bir sıra nöqsan hələ də var – Sədr](https://azertimes.az/wp-content/uploads/aztv-de-bir-sira-noqsan-hele-de-var-sedr-300x150.jpg)
![](https://azertimes.az/wp-content/uploads/aztv-de-bir-sira-noqsan-hele-de-var-sedr.jpg)
Ötən il Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) aparılan audit tədbirlərində bir sıra nöqsan hələ də var.
AzerTimes xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb.
Onun sözlərinə görə, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib:
“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ, podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”.