“Mançester Yunayted” – “Çelsi” oyunu qolsuz başa çatıb

Fevralın 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunun mərkəzi qarşılaşması keçirilib.

AzerTimes-ın məlumatına görə, “Çelsi” klubu doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.


Xallarının sayını 50-yə çatdıran “Mançester Yunayted” turnir cədvəlində ikinci yerə yüksəlib, “Çelsi” isə 44 xalla beşinci yerdə qərarlaşıb.

Teqlər: