![Gürcüstanda torpaq sürüşməsi: ölənlər var Gürcüstanda torpaq sürüşməsi: ölənlər var](https://azertimes.az/wp-content/uploads/gurcustanda-torpaq-surusmesi-olenler-var-300x200.jpg)
![](https://azertimes.az/wp-content/uploads/gurcustanda-torpaq-surusmesi-olenler-var.jpg)
Gürcüstanın İmereti regionunda torpaq sürüşməsi baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, gecə saatlarında baş verən sürüşmə nəticəsində 4 ev torpaq altında qalıb. 3 nəfərin öldüyü bildirilir.
Gürcüstan mətbuatının yazdığına görə, xilasedicilər dağıntı altında qalan 6 nəfərin axtarışına başlayıb.
Sürüşmə nəticəsində bir neçə yüz ev elektrik enerjisiz qalıb. Hadisə yerində 200-dən çox xilasedici və onlarla texnika işləyir.