![Halı pisləşən türkiyəli sürücü qəza törətdi Halı pisləşən türkiyəli sürücü qəza törətdi](https://azertimes.az/wp-content/uploads/hali-pislesen-turkiyeli-surucu-qeza-toretdi-300x150.jpg)
![](https://azertimes.az/wp-content/uploads/hali-pislesen-turkiyeli-surucu-qeza-toretdi.jpg)
Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub.
Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.