![ABŞ-ın yüksək vəzifəli rəsmisi İrəvana gəlir ABŞ-ın yüksək vəzifəli rəsmisi İrəvana gəlir](https://azertimes.az/wp-content/uploads/abs-in-yuksek-vezifeli-resmisi-irevana-gelir-300x169.jpg)
![](https://azertimes.az/wp-content/uploads/abs-in-yuksek-vezifeli-resmisi-irevana-gelir.jpg)
ABŞ Dövlət Departamentinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Koordinatoru Riçard Nefyu 2024-cü il yanvarın 15-dən 18-dək Ermənistan və Gürcüstana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
R.Nefyu İrəvan və Tiflisdə hökumət nümayəndələri, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.
Müzakirələrdə əsas diqqət korrupsiyaya qarşı mübarizədə cari səylərə və çağırışlara yönələcək.