![Rusiyadan vətəndaşlarına: Bu ölkəyə getməyin! Rusiyadan vətəndaşlarına: Bu ölkəyə getməyin!](https://azertimes.az/wp-content/uploads/rusiyadan-vetendaslarina-bu-olkeye-getmeyin-300x200.jpg)
![](https://azertimes.az/wp-content/uploads/rusiyadan-vetendaslarina-bu-olkeye-getmeyin.jpg)
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yəmənə səfərdən çəkinməyi tövsiyə edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Yəməndəki səfirliyi məlumat yayıb.
“Yanvarın 12-si səhər saatlarında ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələr nəticəsində Rusiya vətəndaşlarının xəsarət alması barədə səfirliyə məlumat daxil olmayıb. Biz vəziyyəti diqqətlə izləməyə davam edirik”, – səfirlik bildirib.
Qeyd edək ki, Rusiya mülki təyyarələrinin Yəmən hava məkanından uçuşunu da qadağan edib.