![BƏƏ lideri Bakıda şəhidlərin xatirəsini andı – Foto BƏƏ lideri Bakıda şəhidlərin xatirəsini andı – Foto](https://azertimes.az/wp-content/uploads/bee-lideri-bakida-sehidlerin-xatiresini-andi-foto-300x178.jpg)
![](https://azertimes.az/wp-content/uploads/bee-lideri-bakida-sehidlerin-xatiresini-andi-foto.jpg)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.
AzerTimes xəbər verir ki, Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.