![İranda polis bölməsində güclü yanğın oldu İranda polis bölməsində güclü yanğın oldu](https://azertimes.az/wp-content/uploads/iranda-polis-bolmesinde-guclu-yangin-oldu-300x168.jpg)
![](https://azertimes.az/wp-content/uploads/iranda-polis-bolmesinde-guclu-yangin-oldu.jpg)
Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin polis məntəqəsində güclü yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Dekabrın 25-dən 26-a keçən gecə polis bölməsində partlayış səsləri eşidildikdən sonra yanğının başladığı bildirilir.
Rəsmi məlumatda hadisənin qaynaq işləri aparılması səbəbindən meydana gəldiyi iddia edilib.
Qeyri-rəsmi məlumatlarda polis bölməsinə yenidən hücum edildiyi qeyd olunub.
Xatırladaq ki, dekabrın 15-də həmin polis bölməsinə silahlı hücum nəticəsində 14 polis əməkdaşı öldürülüb.