“Barselona” komandasının futbolçuları İspaniya Kubokunun 1/4 finalında “Qranada”nı məğlub etdi.
AzerTimes-ın məlumatına görə, Qranadada keçirilən görüş 5:3 hesabı ilə başa çatıb.
Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdı, “Barselona” əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qurtula bildi.
“Qranada”da qolları Kenedi (33-cü dəqiqə) və Roberto Soldado (47), qonaqlar tərəfindən Antuan Qrizman (88) və Jordi Alba (90 + 2) fərqləniblər. 100-cü dəqiqədə A.Qrizman “Barselona”nı önə keçirib, üç dəqiqə sonra Fede penaltini yerinə yetirərək hesabı bərabərləşdirdi.
İkinci əlavə vaxtda qolları Frenki de Yonq (108) və oyunda dübl edən Alba (113) vurublar.