Xəbər - Orxan Nəbiyev – Trend:
Danimarkanın Sənaye Konfederasiyası və Ticarət Palatası ölkədə “korona-pasport”ların tətbiq olunması barədə razılıq əldə edib.
AzerTimes-ın məlumatına görə, təklif olunan pasportlarda şəxsin peyvəndllənməsi barədə məlumat yer alacaq.
Bu cür pasportların ölkədə işgüzar həyatın bərpa olunmasına kömək edəcəyi gözlənilir. “Korona-pasport”ların verilməsinə yaxın zamanlarda başlanılacaq və ilk növbədə işgüzar səfərlər həyata keçirən şəxslərə təqdim olunacaq.
“Korona-pasport”lar bərbər və masajçı kimi peşə sahiblərinə öz fəaliyyətini bərpa etməyə icazə verəcək. Həmin pasporta sahib olan sakin restoranlara, musiqi festivallarına və idman tədbirlərinə gedə biləcək.